Avto

Xaricdən Azərbaycana avtomobil idxalı – İKİQAT ARTIB

Xaricdən Azərbaycana avtomobil idxalı – İKİQAT ARTIB | FED.az
08:59 15 Mart 2019

Azərbaycana xaricdən gətirilən avtomobillərin sayında kəskin artım var. FED.az xəbər verir ki, Dövlət Gömrük Komitəsinin (DGK) açıqladığı məlumata görə, bu ilin yavnvar-fevral aylarında xaricdən ölkəyə ümumilikdə 5169 avtomobil gətirilib. Bundan 4 707-si minik avtomobili, 397-si yük avtomobilləri, 37-si avtobuslar, 28-i isə xüsusi təyinatlı avtomobillər olub.

Eləcə də bax: Bakıda avtomobillər kəskin - BAHALAŞIB

Ötənilin yanvar-fevral ayralırı ilə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayı 2,5 dəfə artıb. Minik avtomobillərinin idxalında 2,5 dəfə, yük avtomobillərinin idxalında 2,2 dəfə, avtobusların idxalında 3,3 dəfə artım var.

Xüsusi təyinatlı avtomobillərin idxalı isə 5 dəfəyə yaxın artıb.

Digər xəbərlər

Banner