Ötən illə müqayisədə ölkəyə gətirilən avtomobillərin sayında 2 dəfədən çox artım var (ötən ilin ilk 4 ayında 5310 ədəd avtomobil gəirilmişdi).
Artım demək olar ki, bütün avtomobillərə aiddir. Belə ki, minik avtomobillərinin idxalı 2,2 dəfə (ötən il 4 785 avtomobil gətirilmişdi), yük avtomobillərinin idxalı 2 dəfə (ötən il 477 ədəd idi), avtobusların idxalı 2,3 dəfə (ötən il 23 ədəd idi), xüsusi təyinatlı avtomobillərin idxalı isə 2,2 dəfə (ötən il 25 ədəd idi) artıb.
Eləcə də bax: Şəxsi maşını ilə ilk dəfə Gürcüstan və Türkiyəyə gedənlərə - PULSUZ MƏSLƏHƏT
Avtomobil satışı, ölkəyə avtomobil idxalı ilə məşğul olanlar FED.az-a bildirib ki, ölkəyə gətirilən avtomobillərin təkcə sayı dəyişməyib, gətirilən maşınların texniki göstəricilərində də yeniliklər var.
Belə ki, hazırda öokəyə ən çox ucuz avtomobillər idxal olunur: «Bunlar mühərrikinin həcmi 1,3-1,5 liter arasında olan «Opel», «Reno», «Kia» və «Hykndai»nin kiçik modellərdir.
Belə avtoombillərin əksəriyyəti taksidə istifadə olunmaq, eləcə də şəxsi istifadə üçün ölkəyə gətirilir.
Bu modellərə üstündük verilməsinin səbəbi, benzinə qənaət və onların daha ucuz olmasıdır. Belə ki, bu ilin əvvəlindən qüvvəyə minən yeni aksiz dərəcələrinə görə, avtomobillərin mühərrikinin həcminə görə vergilər artırılıb. Nəticədə nisbətən iri mühərriklərə daha böyük vəsait sərf edilir və bu da son nəticədə maşının satış qiymətinə oturur.
Ona görə də alıcılar və avtomobil biznesi ilə məşğuo olanlar nisbətən ucuz modellərə keçiblər: «Çalışırıq qiyməti 10-12 min manatdan artıq olmasın». Belə ki, mühərrikinin həcmi 1,3-1,5 litr olan avtomobillərin Almaniyada qiyməti 1000-1500 avro arasında dəyişir. Onların gətirilmə xərci 1500 avro, gömrük xərcləri 4300-4500 manat arasındadır. Nəticədə avtomobilin satış qiyməti 10-12 min manat arasında olur.
Ölkəyə gətirilən belə avtomobillər əsasən 2005-2007-ci illərin istehsalıdır. Alman avtomobilləri Almaniyadan, digərləri isə ABŞ və Gürcüstandan gətirilir. Daha böyük mühərrikli və bahalı maşınlar isə ölkəyə yalnız sifarişlə – yəni alıcısı tapılandan sonra gətirilir.
Avtomobil biznesi ilə məşul olanlar bildirir ki, hazırda satışlar çox aşağı səviyyədədir: «Adətən may-iyun aylarında satışlar aşağı olur, insanlar bu müddətdə daha çox istirahətə vaxt və pul ayırırlar. Ondan sonra isə satışlarda artım başlayır».