2019-cu ilin Yanvar- May ayları ərzində Azərbaycana 15 min 585 ədəd cəmi nəqliyyat vasitəsi idxal olunub.
FED.az Dövlət Gömrük Komitəsinin aylıq hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci ilin Yanvar-May dövrü ilə müqayisədə 2,1 dəfə çoxdur. Ötən ilin Yanvar-May dövründə ölkəmizə 7 min 294 nəqliyyat vasitəsi idxal olunmuşdu.
ELƏCƏ DƏ BAX: Ən çox alınan yapon istehsalı krossoverlər - AÇIQLANDI
2019-cu ilin Yanvarında 2 min 512 ədəd, Fevralında 2 min 657 ədəd, Martında 2 min 809 ədəd, Aprelində 3 min 717 ədəd, Mayında isə 3 min 890 ədəd nəqliyyat vasitəsi idxal edilib.
O cümlədən, 2019-cu ilin Yanvar-May aylarında 14 min 170 ədəd minik avtomobili, 70 ədəd avtobus, 1 274 ədəd yük avtomobili və 71 ədəd xüsusi təyinatlı vasitə idxal olunub.
Müqayisə üçün qeyd edək ki, 2018-ci ilin Yanvar-May dövründə 6 min 464 ədəd minik avtomobili, 37 ədəd avtobus, 743 ədəd yük avtomobili və 50ədəd xüsusi təyinatlı vasitə idxal olunub.