Cari ilin yanvar-noyabr aylarında Azərbaycana 600 milyon 760 min dollar dəyərində 22 min 654 ədəd hibrid avtomobilləri idxal olunub.
Xaricdən gətirilən avtomobillərin qiyməti - BAHALAŞIB - YENİ QİYMƏT
FED.az bu barədə Dövlət Gömrük Komitəsinin hesabatına istinadən xəbər verir.
2023-cü ilin eyni dövrü ilə müqayisədə hibrid avtomobillərin idxalı dəyər ifadəsi ilə 268 milyon 392 min dollar və ya 80,8%, miqdar ifadəsi ilə 9 min 905 ədəd və ya 77,7% artıb.
Ötən ilin eyni dövründə xaricdən 332 milyon 367 min dollar dəyərində 12 min 749 ədəd hibrid avtomobili gətirilmişdi.
1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 2024-cü ilin 11 ayının nəticələrinə görə orta hesabla 26 min 519 dollar (45 min 82 manat) olub ki, bu da son bir ildə 449 dollar (763 manat) və ya 1,7% bahalaşma deməkdir.
2023-cü ilin yanvar-noyabr aylarında isə 1 ədəd hibrid avtomobilinin orta idxal qiyməti 26 min 70 dollar (44 min 319 manat) olub.