Xəbər verildiyi kimi, Azərbaycana xaricdən elektrik avtomobillərinin gətirilməsi ilə bağlı yeni güzəştlər başlayır. Artıq bu avtomobillər ƏDV-dən azad edilib, əlavə güzəştlərlə (gömrük rüsumundan da azad edilməsi ilə) bağlı isə yaxın vaxtlarda Nazirlər Kabinetinin qərarı gözlənilir.
Xaricdən gətirilən avtomobillər üçün – AKSİZLƏR ARTIRILACAQ – HESABLAMA, MƏBLƏĞLƏR
FED.az xəbər verir ki, bununla əlaqədar olaraq qarşıdakı aylarda Azərbaycanda elektrik avtomobillərinə marağın kəskin artacağı şübhə doğurmur. FED.az bununla əlaqədar olaraq 2021-ci ildə dünyanın ən ucuz 10 elektrik avtomobilini təqdim edir.
Nissan Leaf – 33500 avro
Bu elektromobilin qiyməti o qədər də ucuz deyil, əvəzində o əsl avtomobildir. Son araşdırmalara görə, bu avtomobillər bir dəfə enerji yüklənməsi ilə 270 kilometr hərəkət edə bilir. Bu göstərici ilin isti vaxtına aiddir, soyuqda məsafə daha qısa – 150 kilometr olacaq.
Bu elektromobilin qiyməti o qədər də ucuz deyil, əvəzində o əsl avtomobildir. Son araşdırmalara görə, bu avtomobillər bir dəfə enerji yüklənməsi ilə 270 kilometr hərəkət edə bilir. Bu göstərici ilin isti vaxtına aiddir, soyuqda məsafə daha qısa – 150 kilometr olacaq.
«Nissan Leaf»ın mühərriki 80 kVt və 108 at gücündədir. Mühərrik gücü 24 kVt/saat olan litium-ion akkumulyatoru ilə hərəkətə gəlir. Avtomobilin üstündə enerji yükləmə qurğusu da verilir ki, onu evdəki adi «rozetka»ya da qoşmaq olar – maşını yükləmək 8 saat çəkir. Enerji doldurma stansiyasında isə enerji yükləmək 30-40 dəqiqə çəkəcək.
Renault ZOE – 29 800 evro
«Renault»un bu modeli 29 800 avrodur, bu maşın şəhərdə qısa məsafələrə, məsələn işə gedib gəlmək üçün əlverişlidir. İstehsalçı əmin edir ki, bir dəfə yükləmə ilə 400 kilometr gedə bilir, amma reallıq yəqin ki, 270-300 kilometrdir. Bu modeli 107 və ya 134 at güclü mühərriklərlə almaq olar.
Litium-ion akkumulyatoru oturacağın altında yerləşir və salonda çox yer tutmur. Adi «rozetka» ilə yükləmə 9 saat, enerji stansiyasında isə 3 saat çəkəcək.
Peugeot e-208 – 29 300 avro
Fransa istehsalı olan daha bir elektrokar - Peugeot e-208-in qiyməti 29 300 avrodur. Avtomobil çox kompakt və gözəl görünüşlüdür, bir dəfə enerji yığmaqla gediş məsafəsi isti dövrdə 320 km, soyuqda isə 240 kilometrdir.
Mühərrik gücü 50 kVt/saat olan akkumulyatorla hərəkətə gəlir. Mühərrikin öz gücü 136 at gücüdür. Bu avtomobili stansiyada yarım saata, evdə isə adi «rozetka»da 16 saata enerji ilə yükləmək olar.
MINI Electric – 30 420 avro
Məşhur «MINI Cooper» avtomobillərinin istehsalçısı elektrik avtomobilləri bazarına 2020-ci ildən daxil olub və o qədər də baha olmayan modeli ilə bazarda dərhal özünə yer edib. Elektrik avtomobilləri də «MİNİ»nin ümumi stilində yaradılıb. Tam enerji yükləyəndə maşın 280 kilometr hərəkət edə bilir, amma istehsalçı xəbərdar edir ki, bu məsafə havadan, marşrutdan, sürətdən və yolun keyfiyyətindən asılıdır.
Maşında 181 at gücündə mühərrik var, onu 32,5 kVt/saat gücündə batareya hərəkətə gətirir. Maşının üstündə enerji toplama komplekti verirlər ki, bu da avtomobili evdə 2,5 saata enerji ilə doldurmağa imkan verir.
Volkswagen e-Up - 23 100 avro
Almaniyanın məşhur şirkətinin istehsal etdiyi yığcam avtomobil 23 100 avroya satılır. Bu – 7 il əvvəl buraxılan elektrik avtomobilinin yenilənmiş formasıdır. Maşın demək olar səssiz hərəkət edir, bura rahatlıqla 4 böyük adam sığışa bilir, üstəlik zolaqda hərəkətə nəzarət sistemi də var.
Ən maraqlısı – maşının spidometrində enerjinin ən az istifadə olunduğu sürət həddi göstərilib – saatda 20-80 km arasında. Həcmi 38,6 kVt/saat olan akkumulyator birdəfəlik doldurma ilə 260 km getməyə imkan verir. Bu şəhər içərisində hərəkət etməyə, məsələn, işə gedib gəlməyə imkan verir. Maksimal sürət saatda 130 kilometrdir. «Nissan» və «MINI» ilə müqayisədə «Volkswagen» daha gec enerji yığır – stansiyada 1 saat, evdə 16 saat.
SEAT Mii Electric – 22 300 avro
İspan istehsalı olan elektrokarı 22 300 avroya almaq olar. Avtomobil xüsusi olaraq şəhər şəraitində istifadə üçün nəzərdə tutulub: o yığcamdır, zolaqda hərəkətə nəzarət sistemi var, onu park etmək də asandır. Daxildə idman stilli qızdırılan kreslolar quraşdırılıb.
Avtomobilin kompüterini smartfonla sinxronlaşdırmaq və maşını məsafədən idarə etmək olar: qapıları açıb bağlamaq, siqnalizasiyanı və ya kameranı qoşmaq və sair. Elektromobil gücü 61 kVt və ya 83 at gücü olan mühərriklə hərəkət edir, akkumulyatorun gücü 36,8 kVt/saat, gediş məsafəsi 260 kilometrdir. Maksimal sürət saatda 130 klometr təşkil edir. SEAT Mii Electric-i stansiyada 1 saata, xüsusi qurğu ilə isə 4 saat enerji ilə doldurmaq olar.
Smart EQ forfour – 20 000 avro
Onsuz da kiçik və qeyri adi avtomobilləri ilə məşhur olan «Smart» şirkətinin bu modeli 20 min avoroya satılır. Maşının salonu dəridir, cihazlar panelində maşına aid bütün məlumatlar, gediş məsafəsi, akkumulytorda enerji qalığı və sair göstərilir.
4 qapı isə sərnişinlərə rahat minib düşməyə imkan verir. «Smart»ın gediş məsafəsi xeyli qısadır – cəmi 130 kilometr. Yerindən sürət yığma da zəifdir – saatda 100 km sürətə 13 saniyəyə çatır. Batareyanın gücü 60 kVt və ya 80 at gücü, maksimul sürət 130 km/saatdır. «Smart» daha sürətli enerji yığır, stansiyada 45 dəqiqəyə, xüsusi qurğuda isə 3,5 saata.
Skoda Citigo-e IV – 19 600 avro
«Skoda» konserninin bu elektromobilini 19 600 avroya almaq olar. Bu kifayət qədər geniş və rahat 5 qapılı avtomobildir. Maşının gediş məsafəsi bir doldurmaya 260 kilometrdir.
Akkumulyatorun tutumu 36 kVt/saat, mühərrikin gücü isə 61 kVt və ya 83 at gücüdür. Skoda Citigo-e IV – bütün Avropada ən ucuz elektromobillərdəndir, hətta Çin istehsalı olan maşınlarla qiymətinə görə rəqabət apara bilir. Avtomobil xüsusi stansiyada 1 saata, divar qurğusunda 4 saata, evdə adi «rozetka»da isə 12 saata enerji yığır.
Smart EQ fortwo – 19 500 avro
«Smart»ın elektromobil bazarına daha bir hədiyyəsi kiçik, ikiqapılı, ikiyerlik avtomobildir. Burada yalnız sürücü və sərnişin gedə bilir. Maşının yük yeri də kiçikdir, cəmi 190 litr.
Maşın ona görə belə dizayn edilib ki, manevrli olsun və enerjinin az istifadə etsin. Litium-ion akkumulyatorları sayəsində mühərrik 81 at gücünə malikdir, sürətini isə saatda 130 kilometrə çatdıra bilir. Elektrokarın bir doldurmada gediş məsafəsi 160 km-dir. Bu maşın divar qurğusu ilə 3 saata enerji yığır.
Renault Twizy – 12 400 avro
«Renault»un bu maşını digər elektrokarların yanında oyuncağa bənzəyir və o qədər də məşhur deyil. Həddən artıq balacadır, yalnız sürücü yerləşir, xarici görünüşcə qolf maşınını xatırladır. Elektromobildə 17 at gücündə akkumulyator quraşdırılıb. Maksimal sürəti saatda 80 km, gediş məsafəsi isə 100 kilometrdir, onun enerji yüklənməsi 3 saat çəkir.