"Wolt" daşıma şəbəkəsi çatdırılma xidmətini bahalaşdırır.
Eləcə də bax: Azərbaycanda poçt və kuryer xidmətləri 50%-dən çox - BAHALAŞIB
Şirkətdən FED.az-a bildiriblər ki, iyunun 29-dan bütün çatdırılma sifarişlərinə 0,2 AZN əlavə ödəniş tətbiq olunacaq.
Şirkət qiymət artımının səbəbini məhsulların və çatdırılma xidmətlərini təkmilləşdirmə ilə izah edib:
«Burada əlavə məbləğ sabitdir. Yəni 10 manatlıq sifarişə də 0,2 AZN tətbiq olunacaq, 100 manatlıq sifarişə də. Məsələ sifarişin məbləğində deyil, sifarişin sayındadır. Hər sifariş üçün sabit ödənişə 0,2 AZN əlavə ödəniş tətbiq olunacaq»- deyə şirkətdən bildirilib.
Qeyd edək ki, xidmət ödənişi sifarişin ödəniş bölməsində görünəcək. Bu yenilik “Özüm götürəcəm” (takeaway) sifarişlərinə, eləcə də kuryer-partnyor, restoran və pərakəndə satış nöqtələri partnyorların gəlirlərinə təsir etməyəcək.