İsveç şirkəti Volvo Cars Korea bazarda S60 sedanın yeniliyini rəsmi olaraq təqdim edib.
FED.az xarici mətbuata istinadən xəbər verir ki, həmin avtomobil Cənubi Koreya bazarında yüksək tələbat olan Mercedes-Benz C və BMW 3 üçün birbaşa rəqib kimi çıxış edəcək. Qiymətə gəldikdə isə, S60 sedan minimal komplektasiyada 40 min dollar qiymətə satılır. Ən yaxşı performansda İsveç avtomobilini 44 min dollar qiymətə əldə etmək olar.
Eləcə də bax: "Volvo" zirehli avtomobil istehsalına başlayır https://www.fed.az/az/avto/volvo-zirehli-avtomobil-istehsalina-baslayir-59474
Ekspertlər S60 modelinin yüksək keyfiyyətli sedanlar seqmentində ən ucuz modellərə aid olduğunu qeyd ediblər. Bu avtomobilə maksimum tələbatın artırılması üçün aşağı qiymət təklif olunması nəzərdə tutulur. Modelin kapotunun altında 256 at gücünə malik olan 2 litrlik benzin mühərriki quraşdırılıb.
TED.az