İsveçin “Volvo Cars” avtomobil konserni Höteborq şəhərinin Torslanda rayonundakı fabrikində istehsalı bir həftəlik dayandırır.
Eləcə də bax: "Volvo Cars" istehsalı - DAYANDIRIR
FED.az xəbər verir ki, “Volvo Cars” bunun əvvəllər də istehsalı dayandırmağa məcbur edən yarımkeçiricilərin çatışmazlığı ilə əlaqəli olduğunu elan edib.
Şirkət rəsmiləri istehsalın bərpasında lazımi komponentlərin tədarükü ilə bağlı problemlərin həlli üçün işlərin aparıldığını bildiriblər.
Qeyd edək ki, istehsalın dayandırılması ilə bağlı xəbərlərdən sonra “Volvo Cars”-ın səhmləri Stokholm Birjasında 0,5 faiz dəyər itirib. (Azərtac)