Kənd təsərrüfatı sənayesi üçün avtomobil və avadanlıq istehsal edən İsveçin “Volvo” şirkəti xərcləri azaltmaq üçün işçilərinin 6%-ni ixtisar etməyi planlaşdırır.
KİV: “Morgan Stanley” iyunun sonuna qədər təxminən 3000 işçisini ixtisar edə bilər
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkətin baş direktoru Cim Rouen qeyd edir ki, ixtisarlar ilk növbədə ofis işçilərinə təsir edəcək.
“İqtisadi amillər, artan əmtəə qiymətləri və rəqabət, çox güman ki, hələ bir müddət sənayemiz üçün problem olaraq qalacaq”, – deyə Cim Rouen söyləyib.
Dəyişən bazar şərtlərinə görə “Volvo” səmərəliliyin artırılması proqramını yaradıb. Nəticələr artıq var, lakin şirkətin istədiyi qədər deyil. Bildirilir ki, ixtisarların ardınca şirkətin bütün qlobal bölmələrində xərclərin azaldılması gözlənilir.