Alman avtomobil istehsalçısı Volkswagen emissiya hiyləsi qalmaqalından qaynaqlanan mülki və cinayət ittihamlarını həll etmək üçün ABŞ-la 4,3 milyard dollarlıq razılaşmaya gəldiyini bildirib.
Beləliklə, avtomobil istehsalçısının bu vaxta qədər ödəyəcəyi məbləğ 18 milyard dollara çatıb.
Qalmaqal, 2015-ci ilin sentyabr ayında ABŞ-ın Ətraf Mühitin Mühafizəsi Agentliyinin, VWNİN emissiya testlərini manipulyasiya etdiyini və şirkətin dizel vasitələrinin ətraf mühiti daha çox çirkləndirdiyini bildirməsindən sonra yaranıb.
bbn©