Volkswagen şirkəti Frankfurtda yerləşən Beynəlxalq avtosalonda özünün yeni loqotipini və üslubunu təqdim edib. Şirkət 3D görüntünü daha düz xətlərlə əvəz edib və əsas elementləri saxlayıb.
Eləcə də bax: "Volkswagen"in bəzi modelləri - TÜRKİYƏDƏ BURAXILACAQ
FED.az xəbər verir ki, yeni loqotip Volkswagen avtomobillərində, diler mərkəzlərində və brendin təqdimatlarında istifadə olunacaq. İlk öncə şirkətin Avropadakı mərkəzləri, sonra Çindəki, 2020-ci ildən isə ABŞ və digər ölkələrdəki mərkəzləri yenilənəcək. Təzə dizaynın tam olaraq başa çatdırılması isə 2020-ci ilin ortalarına nəzərdə tutulub.
Bundan başqa, maşının təqdimatını həyata keçirən reklamları artıq kişilər deyil, qadınlar səsləndirəcək. Bu barədə şirkət özü bildirib.
Şirkətin yeni loqotipi haqqında ilk dəfə yazanlardan biri 2019-cu ilin yazında Carscoops qəzeti olub, avqustda isə Autoweek mətbuatı istehsalçının yeni loqotipindən xəbər tutub. Volkswagen 2000-ci ildən bəri ilk dəfədir ki loqotipini dəyişir.
Bizplus.az