Avropada «Volkswagen Tiguan» krossoverinin yeni versiyası qeydə alınıb. FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, yeni avtomobil xarici görünüşcə ənənəvi «R-Line» model xəttini xatırladır, amma bəzi detallar onun daha «aqressiv» model olduğundan xəbər verir.
İlkin məlumata görə,bu avtomobillər qlobal (yəni dünya) bazarında «Toyota RAV4 GR Sport»la rəqabət aparacaq.
«Volkswagen Tiguan R» modelinin 2 litrlik 330 at gücü olan mühərriklə təmin ediləcəyi gözlənilir. Mühərrik 7 pilləli sürət qutusu ilə əlaqələndiriləcək. Maşının təqdimatı bu il ərzində baş tutmalıdır.
















