«Volkswagen» şirkəti özünün məşhur krossoveri «Tiguan»ın yeni modelinin detallarını açıqlayıb.
FED.az xəbər verir ki, bu avtomobil kupeyəbənzər olmaqla sürpriz şəkildə BMW X6-nı xatırladır.
«VW Tayron X» adı ilə tanınan yeni model məxsusi olaraq Çin bazarı üçün yaradılıb. Və onun başqa ölkələrdə satışı gözlənilmir. Hərçənd ekspertlərin fikrincə, belə dizaynla, o Avropada populyar ola bilərdi. Xüsusilə də nəzərə alanda ki, yeni model texniki cəhətdən «Volkswagen Tiguan» ilə tamamilə unifikasiya edilib, yəni onun ehtiyat hissələri tamamilə uyğun gəlir.
«VW Tayron X»in uzunluğu, eni və hündürlüyü 4626 mm X 1860 mm X 1662 mm, təkər bazası 2730 mm təşkil edir.
Avtomobil 2 litrlik 220 at güclü mühərriklə təmin edilib. Bu günü şassiyə 7 pilləli robotlaşdırılmış sürət qutusu çatdırır. Gələcəkdə avtomobilin 1,4-1,5 litrlik mühərriklərlə buraxılacağı da istisna deyil. İstəyənlər tam ötürücü avtomobil sifariş edə bilərlər.
«Volkswagen Tayron X»in baza versiyası 28 min dollara başa gələcək, hətta Çin bazarı üçün də bu baha qiymətdir, amma «Volkswagen» Çində çox populyardır və alıcı tapılacaq.