Alman avtomobil istehsalçısı “Volkswagen” Rusiyadakı aktivlərinin yerli investor “Art Finance MMC”yə satışı prosesini başa çatdırıb. Bu barədə cümə günü şirkətin saytında dərc olunmuş press-relizdə deyilir.
Rusiya brendi yeni elektromobilinin prototipini təqdim edib - FOTOLAR
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, 2007-ci ilin noyabr ayından “Volkswagen” Rusiyanın Kaluqa şəhərində avtomobil istehsal edir. 2011-ci ildə “Volkswagen Group Rus” və “GAZ Group” Nijni Novqoroddakı zavodda “Volkswagen” və “Skoda” avtomobillərinin müqaviləli yığılmasına dair razılaşıb. Ukraynada müharibənin başlaması fonunda 3 mart 2022-ci ildə “Volkswagen Group Rus” Rusiyadakı müəssisələrində istehsalı dayandırıb.