Bakıda “Volkswagen Bakı” mərkəzindən maşın alan müştərilər avtomobillərində defekt aşkarlandığını iddia edirlər.
FED.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, vətəndaşlar Samir Zeynalov və Leyla Məmmədova ”Volkswagen Bakı” mərkəzini onları aldatmaq iddiası ilə məhkəməyə verib. Hər iki şəxs salondan “Volkswagen Passat” markalı maşınları alandan sonra problem yarandığını deyir. Müqavilədə zəmanət müddəti 3 il və ya 100 min kilometr göstərilib. Lakin avtomobillər 80 000 kilometrdən də az getdikdən sonra qüsurlar ortaya çıxıb.
Eləcə də bax: Dünyanın ən böyük avtomobil istehsalçısının - MƏNFƏƏTİ ARTIB
Vətəndaşlar “Volkswagen Bakı” mərkəzinə müraciət edərək problemin aradan qaldırılmasını tələb etsələr də, şirkət maşınların 3 ildən əvvəl alındığını bildirərək kompensasiya verməkdən imtina edib.
Avtomobillərin keyfiyyəti ilə bağlı ekspertiza keçirilib, Maliyyə Bazarlarına Nəzarət Palatasının eksperti avtomobillərin istehsalçı tərəfindən lazımi keyfiyyətdə hazırlanmadığı və mühərrikin qüsurlu olduğunu müəyyən edib. Bu avtomobillərin satılması nəticəsində vətəndaşlara külli miqdarda zərər dəyib. Alınan dövrdən mühərriki və sürətlər qutusu qüsurlu olub.
Bundan sonra hər iki şəxs Bakı şəhəri Suraxanı rayon məhkəməsinə müraciət ediblər. Hazırda iddia üzrə məhkəmə prosesi davam etdirilir.
Eləcə də bax: 64 min avtomobilini geri çağırır – SƏBƏB
Rəsmi məlumatlara görə, “Volkswagen”in 2010-2012-ci illərdə ixrac üçün istehsal etdiyi əksər avtomobillərdə kütləvi qüsurlar aşkarlanıb. Həmin dövrdə Rusiya və Qazaxıstandakı dilerlər istehsalçı zavodla danışaraq bu qüsurları kompensasiya edib.
"Euro Style LTD” MMC öz müştərilərinə qarşı həssaslıqla yanaşmış, təmir stansiyasında texniki yoxlama aparılıb və müəyyən edilib ki, qüsurlar nəliyyat vasitəsinin düzgün istismar olunmaması nəticəsində yaranıb.
Yəni satıcının bununla bağlı heç bir təqsiri olmayıb. Qeyd olunan hallar sübut oluduqdan sonra sonra tərəflər arasında barışıq əldə olunub