“Volkswagen” 2021-ci ilin birinci yarısında Avropanın elektrikli avtomobil bazarının 26%-ni ələ keçirib.
Eləcə də bax: "Avropada ilin avtomobilləri" açıqlandı - 7 Modeldən 6-sı Elektriklidir - FOTO
FED.az biznes və maliyyə xəbərləri portalı Banker.az-a istinadən xəbər verir ki, şirkətin ən populyar avtomobil modeli “ID.3” hetçbekidir, onun qiyməti 40.000 dollardan başlayır. Daha bir məşhur “ID.4” modeli 2020-ci ilin sentyabrında təqdim edilib.
Ola bilsin ki, şirkət tezliklə liderliyini itirəcək, çünki İlon Mask Berlində yeni “Gigafactory” zavodunu işə salacaq. “Volkswagen” yaxın onillikdə yeni tam elektrik modellərini təqdim etməyi planlaşdırır.