Bəs Azərbaycanda vəziyyət necədir? Sürücülər avtomobillərini utilizasiyaya vermək istəyirlərmi?
FED.az xəbər verir ki, sürücülər "Nə qədər sürəcəyəm, 30 ildir ki, sürürəm", "2 min manat versinlər, aparaq verək. Hər yeri sağlamdır, xarab yeri yoxdur" kimi fikirlər səsləndiriblər.
2024-cü il oktyabrın 15-dən etibarən ölkəmizdə avtomobillərin utilizasiyasına başlanılıb. Prosesin 6 ayının statistikası göstərir ki, bu sahəyə diqqət bir az da artırılmalıdır.
Qeyd edək ki, nəqliyyat vasitələrinin utilizasiyaya verilməsi könüllülük prinsipi əsasında həyata keçirilir və məcburi xarakter daşımır. Sürücülərin nəqliyyat vasitələrinin utilizasiyaya təqdim olunmasını asanlaşdırmaq məqsədilə elektron portal da hazırlanıb.