Avtomobil almaq və ya satmaq istəyən şəxslər problemlərlə tez-tez üzləşir.
İkinci əl avtomobil alarkən nələrə diqqət etmək lazımdır? - VİDEO
FED.az xəbər verir ki, belə ki, avtomobili satış məqsədi ilə elan saytlarına yerləşdirən şəxsə ar-arda zənglər gəlir. Zəng edənlərin isə əksəriyyəti qiyməti olduqca aşağı təklif edir.
İddia edilir ki, daha sonra həmin şəxslərlə əlbir olan bir nəfər bir az artıq qiymət təklif etməklə avtomobili ala bilir.
Avtomobil almaq istəyən şəxslər isə adətən bəzi ustaların əli ilə aldadıldığını bildirir. Satıcı alıcıdan xəbərsiz ustaya müxtəlif məbləğdə pul təklif edərək avtomobilini tərifləməsini istəyir. Ustaya inanıb avtomobili alan şəxs isə sonradan problemlərlə üzləşir.
Uzun müddətdir avtomobillərin təmiri ilə məşğul olan Tural Rəhmanlı deyir ki, bu kimi hallarla demək olar hər gün qarşılaşır. Lakin həqiqətən usta xidməti göstərən şəxs avtomobilin bütün problemlərini olduğu kimi deməlidir.
Bütün bunlar, avtomobil dəllalarının əlavə qazanc əldə etmək üçün əl atdığı üsullardan bir neçəsidir.
Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyir ki, bu problem əsasən ili köhnə nəqliyyat vasitələrində yaşanır.
Ekspert bildirib ki, bu kimi problemlərin yaşanmaması üçün dövlət tərəfindən xüsusi portalın yaradılması nəzərdə tutulub. Texniki göstəriciləri bu portala ildə 1 dəfə daxil edildikdən sonra avtomobilini satan şəxs həmin elektron məlumatları alan şəxsə təqdim etməlidir. (Xezerxeber.az)