ABŞ-da olan Uber istifadəçiləri Uber Black və Uber Black SUV premium gedişlərin sifarişi zaman Uber tətbiqində xüsusi üstünlüklərin əks olunacaqları ayarları görəcəklər.
FED.az xəbər verir ki, həmin ayarlar vasitəsilə sərnişinlər sifariş olunmuş avtomobilin salonundakı hansı temperaturun onlar üçün uyğun olub-olmadığını, özləri ilə yüklərin daşınılıb-daşınmadığını və istəyə uyğun olaraq avtomobil sürücü ilə danışıb-danışmamağı seçə biləcəklər.
Bu cür özəlliklərdən yalnız sifarişdən öncə istifadə etmək olacaq. Əgər sifariş verilibsə və sərnişin həmin özəlliklərdən birini sifariş sonrası istifadə etmək istəyirsə bu alınmayacaq. Uber şirkəti bildirib ki, səyahət zamanı səssiz rejimi istifadəçilər uzun müddət tələb edirdilər. Şirkət onu da qeyd edib ki, sərnişin ilə danışıb-danışmamağa sürücü özü qərar verir. Əlavə olunmuş son özəlliklərə riayət sayəsində onlar öz Uber reytinqlərini qaldıra biləcəklər.
©Technote