Uber taksi xidmətlərinə tələbat azaldığına görə sürücülərin 14%-ini işdən azad edəcək.
Eləcə də bax: Sürücüsüz robot taksilər - FƏALİYYƏTƏ BAŞLADI
FED.az xəbər verir ki, taksi və ərzaq çatdırılması xidmətləri göstərən Uber şirkəti müştəri dəstək şöbəsinin və işə qəbul mütəxəssislərinin 3.7 min işçisini ixtisar etməyi planlaşdırır.
Şirkət rəhbərliyinin qərarı, COVID-19 pandemiyasına görə sərnişin axınının azalması ilə əlaqədardır.
26.9 min nəfərlik Uber-də işdən çıxma haqqı və digər ödəniş növləri ilə bağlı xərclərin təxminən 20 milyon dollar olacağını proqnozlaşdırılır.
TED