“Uber” şirkəti iki yeni – “Uber Green” və “Uber Comfort” səfər kateqoriyalarını təqdim etməklə Mərkəzi Avropada xidmətlər spektrini genişləndirir.
FED.az xəbər verir ki, indi “Uber Green” sayəsində sərnişinlər daha ekoloji cəhətdən təmiz şəkildə səyahət edə bilərlər. Bu xidmət həm də şəhərlərdə əlçatanlıqda böyük irəliləyişdir: “Uber” platformasında işləyən elektrik nəqliyyat vasitələrinin artıq avtomobil hərəkətinin ciddi şəkildə məhdudlaşdırıldığı şəhər mərkəzlərinə girişinə icazə verilir.
Xidmət yalnız hibrid və tam elektriklə işləyən avtomobillər üçün əlçatandır.
Digər yeni xidmət olan “Uber Comfort”, standart modellər üçün beş il, premium modellər üçün isə istismar müddəti yeddi ildən az olan nəqliyyat vasitələrini idarə edən yüksək reytinqli və təcrübəli sürücüləri birləşdirir. Hər bir “Uber Comfort” avtomobili ayaqlar üçün əlavə yer də təklif edir.
Həmçinin tətbiqə sərnişinlər səfərdən əvvəl öz üstünlüklərini tənzimləyə bilərlər: onlar istədikləri temperaturu təyin edə və sakit səfər və ya canlı söhbət arasında seçim edə bilərlər ki, bu da hər bir sərnişinə həqiqətən fərdi yanaşma təmin edərək.
Taksi bazarının sabit tariflərlə tənzimləndiyi Mərkəzi Avropa şəhərlərində sərnişinlər standart “Uber” taksi səfəri ilə eyni qiymətə bu yüksək keyfiyyətli xidmətlərdən istifadə edə bilərlər.
“Uber Comfort” həm də sərnişinləri motivasiya edəcək, çünki onlar artıq standart səfərin qiymətinə birinci dərəcəli sürücü ilə daha çox ayaq yeri və daha yüksək komfortlu avtomobildə hərəkət edə biləcəklər. Şirkət hesab edir ki, bundan əlavə, müştərilərə istənilən temperatur və danışıq səviyyəsi kimi şəxsi üstünlükləri təyin etmək imkanı verməklə, “Uber” proqramında taksi sifariş etmək mümkün qədər fərdiləşir. (Azərtac)