Türkiyənin ilk yerli elektrik avtomobilinin necə istehsal ediləcəyi ilə bağlı yeni təfərrüatlar bəlli olub.
FED.az xəbər verir ki, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarı ilə yerli elektrikli avtomobil istehsalı müəssisəsi Bursada qurulacaq və layihəyə ciddi dövlət dəstəyi göstəriləcək.
Eləcə də bax: Türkiyənin milli avtomobilindən ilk görüntü paylaşıldı - TƏQDİMATINA 3 GÜN QALDI
Türkiyənin Avtomobili Cəhd Qrupu Sənaye və Ticarət A.Ş. Müəssisənin ümumi sabit investisiya məbləği 22 milyard lirə (təqriğən 3,7 milyard dollar) təşkil edəcəkdir.
İnvestisiya müddəti 30 oktyabr 2019-cu il tarixindən başlayaraq 13 il davam edəcək.
İnvestisiya qoyulmuş müddətdə həyata keçirilə bilmədikdə, Sənaye və Texnologiya Nazirliyi həmin müddəti yarısı qədər artıra bilər.
Yerli avtomobil istehsalı müəssisəsində 4 min 323 nəfər işlə təmin ediləcək və bu şəxslərdən 300 nəfəri ixtisaslı kadr olacaqdır.
5 modeldə 175 model istehsalı
Yeni müəssisədə 5 model olmaqla ildə 175 min ədəd elektrik avtomobili buraxılacaq.
Satış şərtləri sərfəli olacaq
Türkiyə hökuməti bu avtomobillərin maya dəyərinin aşağı düşməsi və qiymətinin rəqabətli olması üçün hər şeyi edəcək. Gömrük vergi azadlığı, ƏDV azadlığı, yüzdə 100 vergi azaldılması, 10 illik sığorta mükafatı işəgötürən payı dəstəyi, 10 il gəlir vergisi tutulma dəstəyi, maksimum 360 milyon lirəlik ixtisaslı kadr dəstəyi modellərin qiymətinin sərfəli olması və satışların uğurlu getməsinə dəstək olmalıdır.
İnvestisiya üçün bu dəstəklər 31 dekabr 2032-ci il tarixinə qədər azı 960 min avtomobilin istehsalına aid olacaq.
İxtisaslı kadr dəstəyi
İxtisaslı kadr dəstəyi hər bir ixtisaslı kadr üçün minimum əmək haqqının aylıq ümumi məbləğinin 20 mislindən çox olmayan 5 il müddətində tətbiq ediləcəkdir.
Faiz dəstəyi tətbiqi
Bir və ya daha çox vasitəçi təşkilat tərəfindən 31 dekabr 2027-ci ilə qədər istifadə ediləcək investisiya kreditləri üçün ödənilən faiz və ya mənfəət payının 80 faizi, reallaşdırılan sabit investisiya məbləğinin 13 faizindən çox olmamaq şərti ilə Sənaye və Texnologiya Nazirliyi tərəfindən qarşılanacaqdır.
30 min avtomobil alış zəmanəti
Turkiyə hökuməti zəmanət verir ki, 30 min avtomobili özü alacaq. Satınalma zəmanəti, 3035 elektrik avtomobili üçün Dövlət Material İdarəsi (DMO) tərəfindən 31 dekabr 2035-ci ilədək müəyyən ediləcək prosedur və prinsiplərə uyğun olaraq tətbiq ediləcəkdir.