TOGG elektromobili Tesla-ya yeni rəqib ola biləcəkmi?
Eləcə də bax: Azərbaycanda hibrid və elektromobillərin – İSTEHSALI MÜZAKİRƏ EDİLİR
FED.az xəbər verir ki,Türkiyə brendi olan TOGG Avropa Birliyinin Əqli Mülkiyyət Agentliyindən "С-SUV" elektromobilinin dizaynı üçün patent aldığını bildirib. Lakin şirkət ABŞ, Hindistan, Çin, Yaponiya və Cənubi Koreyada sözügedən elektromobilin dizayn qeydiyyatı üçün hələki rəsmi cavab almayıb.
"Şirkətimiz elektromobilin hazrılıq mərhələsində daha bir addım atdı", - deyə TOGG şirkətinin məlumatında deyilir.
TOGG kompaniyası 5 fərqli model-krossover, sedan, heçbek, eyni zamanda B-seqmentli krossover və miniven istehsal edəcək. Bu modellərin hər biri öz orijinal platformasında hazırlanacaq.
Elektromobil təqdim olunarkən, Türkiyə rəsmiləri "İlk maşın istifadəyə verilənədək bütün ölkə üzrə enerji üçün infrastruktur qurulacağını" vurğulamışdılar. TOGG-a elektrokarın istehsalı üçün 22 milyard lirə vəsait ayrılıb.
Demək olar ki, "С-SUV" texniki xarakteristikası ilə bağlı bütün məsələlər məlumdur.
Elektromobil bir enerji yığımında 300 və ya 500 kilometr məsafəni qət edə biləcək. Həmçinin sözügedən elektrokar 30 dəqiqə ərzində 80% enerji yığır.
TED