Türkiyə yerli istehsal olan tam elektrikli TOGG avtomobilini təqdim edib. FED.az xəbər verir ki, oktyabrın 29-da Türkiyədə «Togg» avtomobillərinin istehsal ediləcəyi zavodun açılışı olub, ilk avtomobillər təqdim edilib.
Bursa şəhərində yerləşən zavodun açılışı Türkiyə Pprezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə baş tutub. «Togg» avtomobilinin sükan arxasında ilk oturan şəxs də Ərdoğan olub.
Zavodda 2023-cü ilin sonunadək 25 minədək avtomobil istehsal edilməsi planlaşdırılır. Avtomobilin 2023-cü ilin əvvəlindən satışa çıxarılacağı gözlənilir. Bu barədə tədbirdəki çıxışında Ərdoğan bildirib, o həmçinin bildirib ki, avtomobilin satış qiyməti də həmin vaxt açıqlanacaq.
«Ümid edirəm ki, biz «Togg»u 2023-cü ilin birinci rübünün sonunda yollarda görəcəyik. «Togg» vətəndaşlarla vasitəçilərsiz satılacaq. Vətəndaşlar «Togg» sifarişlərini fevral ayından etibarən əvvəlcədən sifarişlə verə biləcəklər. Düşünürəm ki, Toqqun qiyməti fevral ayında açıqlanacaq» - deyə Ərdoğan bildirib.
«Togg» layihəsinin 5 səhmdarı var
Tədbir dua oxunması ilə başlayıb. Sonra prezident Rəcəb Tayyib Ərdoğan ilk avtomobili istehsal xəttindən şəxsən çıxarıb.
Xatırladaq ki, «Togg»un ilk dizaynı 27 dekabr 2019-cu ildə təqdim edilib, zavodun tikintisinə isə 18 iyul 2020-ci ildə başlanıb. Bu il yanvarın 5-7-də isə «Togg» ABŞ-ın Las-Veqas şəhərində keçirilən dünyanın ən böyük İstehlak Elektronikası Sərgisi CES 2022 (Consumer Electronics Show) sərgisində təqdim edilib.
«Togg»un səhmdarları «Turkcell İletişim» 23%, «Zorlu Holdig» 23%, BMC 23%, «Anadolu Holdig» 23%, TOB 8% təşkil edir.
Türkiyənin 60 illik avtomobil arzusu reallaşdı
Prezident öz çıxışında «Togg»un istehsalının başlanması ilə Türkiyənin 60 illik avtomobil arzusunun həyata keçdiyini bildirib.
Ərdoğan yeni avtomobilin qiymətindən narazı olanlara da cavab verib: «Bunu kim alacaq?, «Satmaq olmaz», indi də bunu deməyə başlayırlar. Ümid edirəm ki, millətimiz, xüsusən də mən bunun cavabını verəcək».
Prezident ümumiyyətlə Türkiyədə istehsala böyük marağa da diqqəti çəkib – «Zavod tikilmir» deyənlərə fikir verməyin, bu gün türk sənayeçiləri fabrik qurmaq üçün torpaq tapmaq üçün bir-biri ilə yarışır».
Türkiyə akkumulyator zavodu da inşa edəcək
Ərdoğan «Togg»un batereyalarının da Türkiyədə istehsal ediləcəyini bunun üçün tezliklə Türkiyədə akkumulyator zavodunun təməlinin qoyulacağını da bildirib: «Togg» litium-ion batareyalarının ölkəmizdə istehsalı üçün dünyanın aparıcı şirkətlərindən biri ilə müqavilə bağlamışıq».
«Togg»un CEO-su Qiymət hələ müəyyən edilməyib
Jurnalistlərə açıqlama verən «Togg» CEO-su Mehmet Gürcan Karakaş bildirib ki, hələlik elektokorossoverin qiymətləri bəlli deyil: «Qiymətlər bəlli deyil, müasir dünyada heç bir peşəkar şirkət 5-6 ay əvvəlcədən qiymətləri açıqlamaz. Satışlara 1-ci rübün sonunda başlayacağımız üçün qiyməti də o zaman açıqlayacağıq»-deyə bildirib.
CEO bildirib ki, «Ölkəmizə aid olan, özümüzə məxsus bir cihazdan və qlobal miqyasda rəqabət apara biləcək bir vasitədən danışdıq.Onları mərhələ-mərhələ həyata keçirdik. Texnoloji kampusumuzda kütləvi istehsala hazırlaşdığımız günə gəldik».
TOBB sədri Rifat Hisarcıklıoğlu isə bildirib ki, «Togg» artıq 2023-cü ilin mart ayından yollarda olacaq. Hisarcıklıoğlu Türkiyənin ilk elektrik avtomobilinin əvvəlcə Avropaya, sonra isə bütün dünyaya satılacağını bildirib. O, elektromobilin rəqabətli qiymətlərlə satılacağını da bildirib.
«Togg» bazara iki variantda təklif ediləcək
«Togg» elektrik krossoveri bazara iki variantda təklif ediləcək: təkcə arxa təkərləri aparan 200 at güclü və hər iki təkərləri aparan 400 at güclü modellər. İkinci variantda hər təkər oxunda bir elektromotor olacaq.
Tək motorlu «Togg»lar 100 kilometr/saat sürətini 7,6 saniyəyə yığacaq, iki motorlularda isə buna 4,8 saniyə kifayət edəcək. Gələcəkdə avtomobildə 3-cü səviyyəli avtopilot quraşdırılacıq, güzgülər isə kameralarla təchiz olunacaq.
Güman edilən qiymət - 43-54 min dollar
Amma avtomobilin güman edilən qiyməti açıqlanıb. Bu 43-54 min dollar arasında dəyişir. İstehsalçı beynəlxalq praktikanı əsas gətirərək dəqiq qiymətləri hələ açıqlamır.
«Togg»un rəsmi satışları 2023-cu ilin martından başlayacaq və avtomobillər ilk 6 ayda yalnız Türkiydə satılacaq. Gələcəkdə bu avtomobilləri Avropada, o cümlədən Almaniya, Fransa və Avropa İttifaqının digər ölkələrində də satmaq nəzərdə tutulur.
8 ildə 1 milyon avtomobil hədəfi
Tədbirdə bildirilib ki, «Togg Gemlik Kampusu» (zavod belə adlanır) tam gücülə çatdıqda hər il 175 min avtomobil istehsal olunacaq. Ümumilikdə zavodda qarşıdakı 8 il ərzində 1 milyon avtomobil istehsal etmək hədəflənir.
Togg fabrikində 250 avtomatlaşdırma robotu ilə yanaşı, təxminən 5 min insan çalışacaq. Bu rəqəm subpodratçılarla birlikdə 30 min nəfərə çatacaq.
bununla da 4 min 300 nəfər birbaşa, 20 min nəfərin isə dolayı yolla məşğulluğu təmin ediləcək.
«Togg» avtomobilini «Tesla» ilə müqayisə etməyə başlayıblar
İstehsalçıların sözlərinə görə, «Togg»u 30 dəqiqədən az müddətdə 80% enerji doldurma etmək mümkün olocaq. Öz seqmentində ən uzun təkər bazasına - 2,8 metr - malik elektrik avtomobili 300 km və 500 km məsafəyə gedə biləcək. Avtomobillər 4G və 5G bağlantıları vasitəsilə uzaqdan yeniləmə də ala biləcəklər.
«Togg» sedanları da gəlir - «C-Sedan» və «C-X Coup»
«Togg»un təqdimatından dərhal sonra onun «C-Sedan» və «C-X Coup» modelləri də açıqlanıb. «Toqq»un sosial media hesablarında «İlk ağıllı cihazımız olan C-SUV-u yükləyərkən, planlarımıza uyğun olaraq işləri davam edən C-Sedan və C-X Coupé ilə sizləri tanış etmək istədik»-deyə açıqlama yayılıb.