Türkiyənin ilk elektrikli avtomobili TOGG bu ilin sonunda ilk dəfə dövlət rəsmiləri tərəfindən istifadə ediləcək.
Eləcə də bax: Azərbaycanda pikap və elektromobillər buraxılacaq - İLK DƏFƏ
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Sənaye və Ticarət naziri Mustafa Varank bildirib.
Nazir qeyd edib ki, TOGG-un Türkiyədə satışına ilk dəfə 2023-cü ildə başlanılacaq.
Qeyd edək ki, Türkiyənin ilk elektrikli avtomobili olan TOGG 100 faiz Türkiyə tərəfindən layihələndirilib və bu layihə ölkənin sənaye mülkiyyətinə sahib qlobal marka yaratmaq məqsədi ilə həyata keçirilib.
Xatırladaq ki, TOGG-un elektrik krossover SUV C seqmentinin və elektrik sedanın prototipləri 2019-cu ilin dekabrında təqdim edilib. (Trend)