Türkiyədə taksilərin fəaliyyəti məhdudlaşdırılıb. FED.az xəbər verir ki, daha dəqiqi Türkiyə Daxili İşlər Nazirliyinin qərarı ilə İstanbul, Ankara və İzmirdə taksilərin fəaliyyəti nömrə nişanının son rəqəmindən asılı olacaq. Qərara görə, martın 30-da nömrəsi tək rəqəmlə bitən taksilər işləyəcək. Martın 31-də isə eyni qayda nömrəsi cüt rəqəm olan taksilərə aid olacaq. Buq ayda sonrakı günlər də davam edəcək.
Qərarda məqsəd koronavirusun yayılmasının qarşısını almaq üçün insanların kontaktını və gəliş-gedişi azaltmaqdır.