Bu ilin əvvəlinə olan məlumata görə, Türkiyədə avtomobillərin 24,2%-i benzin, 38,1%-i dizel, 37,3%-i maye qaz (LPG), 0,1%-i isə elektrik ilə işləyir.
Eləcə də bax: Azərbaycana Türkiyə istehsalı olan avtomobillər - GƏTİRİLƏ BİLƏR - FOTO
FED.az xəbər verir ki, Türkiyə Statistika İdarəsinin məlumatına görə, bu ilin əvvəli ilə müqayisədə ümumi avtomobillərin içərisində benzin və qazla işləyənlərin payı azalıb, dizellə işləyən avtomobillərin payı artıb. Belə ki, ötən ilin əvvəlində Türkiyədə avtomobillərin 24,9%-i benzin, 36,8%-i dizel, 37,9%-i maye qaz (LPG) ilə işləyib.
Müqayisə üçün qeyd edək ki, 2004-cü ildə Türkiyədə avtomobillərin 75,2%-i benzin, 4,7%-i dizel, 14,7%-i maye qaz (LPG) ilə işləyib.
Türkiyədəki mövcud avtomobillərin sayı ilə bağlı maraqlı məqamlardan biri də odur ki, bu ölkədə elektriklə (hibrid) işləyən avtomobillərin sayı son illər sürətlə artmaqdadır. 2011-ci ildə Türkiyədə 47 ədəd elektriklə işləyən avtomobil olduğu halda ötən onların sayı 15 min 53 ədədə yüksəlib.
Son 16 il ərzində Türkiyədə benzin, dizel və qazla işləyən avtomobillərin ümumi avtomobillər içərisindəki payı belə dəyişib:
İllər | Avtomobillərin sayı | Benzinlə işləyən | Dizellə işləyən | Maye qazla (LPG) işləyən | Elektriklə (Hibrid) işləyən |
2004 | 5 400 440 | 75,2 % | 4,7 % | 14,7 % | - |
2005 | 5 772 745 | 67,3 % | 6,8 % | 21,8 % | - |
2006 | 6 140 992 | 62,5 % | 9,5 % | 24,8 % | - |
2007 | 6 472 156 | 57,4 % | 11,8 % | 28,2 % | - |
2008 | 6 796 629 | 52 % | 13,9 % | 32,6 % | - |
2009 | 7 093 964 | 47,6 % | 15,7 % | 35,6 % | - |
2010 | 7 544 871 | 42,3 % | 18,3 % | 38,4 % | - |
2011 | 8 113 111 | 37,4 % | 21,6 % | 40,2 % | - |
2012 | 8 648 875 | 33,9 % | 24,3 % | 41,3 % | - |
2013 | 9 283 923 | 31,1 % | 26,9 % | 41,5 % | - |
2014 | 9 857 915 | 29 % | 29,2 % | 41,4 % | - |
2015 | 10 589 337 | 27,6 % | 31,6 % | 40,3 % | - |
2016 | 11 317 998 | 26,8 % | 33,6 % | 39,2 % | - |
2017 | 12 035 978 | 25,9 % | 35,4 % | 38,4 % | - |
2018 | 12 398 190 | 24,9 % | 36,8 % | 37,9 % | - |
2019 | 12 503 049 | 24,2 % | 38,1 % | 37,3 % | 0,1 % |
Yeniavaz