Bu ilin sentyabr ayında Türkiyədə minik və yüngül kommersiya avtomobillərinin (SUV) satışları illik müqayisədə 115,8% artaraq 90 619 ədədə çatıb.
Eləcə də bax: Azərbaycan Gürcüstandan avtomobil idxalını 16% artırıb
FED.az xəbər verir ki, Türkiyənin Avtomobil Distributorları Dərnəyinin hesabatına görə, ötən ay təkcə minik avtomobillərinin satışları 101,9% artaraq 71 296 ədədə bərabər olub.
Yanvar-sentyabr aylarında ölkədə 493 621 ədəd SUV və minik avtomobilləri realizə edilib ki, bu da illik müqayisədə 75,5% çoxdur. Hesabat dövründə təkcə minik avtomobillərinin satışı 70% artaraq 388 690-a çatıb. (Apa)