Türkiyə davamlı avtomobil istehsalına 2021-ci ildə başlayacaq.
FED.az xəbər verir ki, bunu Türkiyənin baş naziri Binali Yıldırım 6-cı Şəhər Konqresindəki çıxışında deyib.
2017-ci ildə Türkiyəyə xarici avtomobil ixracına 28 milyard dollar xərcləndiyini qeyd edən B.Yıldırım bildirib ki, avtomobil istehsalı Türkiyə üçün məcburiyyətdir.
Baş nazir 2019-ci ildə yerli avtomobilin ilk nümunəsinin, 2021-ci ildə isə davamlı istehsalının nəzərdə tutulduğunu vurğulayıb.
Türkiyə öz avtomobilini istehsal edəcək - TARİX

14:27
26 Fev 2018