2022-ci ilin yanvar-may aylarında Türkiyənin avtomobil ixracının həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 3,8 faiz artaraq 12,5 milyard dollara bərabər olub.
FED.az xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildiriblər.
Eləcə də bax: Qiymət “ucuz”, tələbat çox – Azərbaycanlılar bu avtomobillərə - ÜSTÜNLÜK VERİR
“Bu ilin may ayında Türkiyə 2,3 milyard dollar məbləğində avtomobil ixrac edib ki, bu da keçən ilin may ayı ilə müqayisədə 22,4 faiz çoxdur”, - deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (may 2021-may 2022) Türkiyə 29,8 milyard dollar məbləğində avtomobil ixrac edib. (Trend)