Türkiyə Azərbaycan, həmçinin Mərkəzi Asiya ölkələri (Türkmənistan, Qazaxıstan, Özbəkistan və Qırğızıstan) bazarlarına öz istehsalı olan avtomobilləri ixrac etməkdə maraqlıdır.
Bu barədə Türkiyə Sənaye və Texnologiyalar Nazirliyindən bildiriblər.
Qeyd olunub ki, Türkiyə yerli avtomobillərin türkdilli ölkələrə ixracına başlamazdan əvvəl bu dövlətlərin avtomobil bazarlarını öyrənməyi planlaşdırır: "Türkiyə yerli istehsallı avtomobilləri digər qonşu bazarlara da ixrac etmək niyyətindədir".
Nazirlikdən deyilib ki, yerli avtomobillər həm ölkə daxilində, həm də xaricdə digər avtomobil istehsalçılarının məhsulları ilə rəqabət apara biləcək.
Bundan əvvəl sənaye və texnologiyalar naziri Mustafa Varank demişdi ki, Türkiyə istehsallı avtomobilin ilk nümunəsi 2019-cu ildə hazır olacaq.
Türkiyə Azərbaycana avtomobil ixrac etmək istəyir
16:30
3 Dek 2018