ABŞ prezidenti Donald Tramp bəyan edib ki, ABŞ Avropa İttifaqından gətirilən bütün avtomobillərə 20% rüsum tətbiq edə bilərlər. Onun sözlərinə görə, əgər avropalılar öz ticarət maneələrindən imtina etməsələr bu rüsumlar tətbiq ediləcək.
Tramp xatırladıb ki, Avropa İttifaqı «ABŞ və onun gözəl şirkətlərinə qarşı» belə rüsumları uzun müddətdir ki, tətbiq edirlər.
ABŞ prezidenti Donald Tramp: «Əgər tarif və maneələr tezliklə ləğv edilməsə, biz də onların ABŞ-a gətirdiyi avtomobillərə 20% rüsum tətbiq edəcəyik. Maşınları burada (yəni ABŞ-da – FED.az) istehsal edin.