Yaponiyanın aparıcı avtomobil istehsalçısı “Toyota Motors” bu il 3,2 milyon avtomobilini geri çağırmağı planlaşdırır.
Eləcə də bax: "Toyota" Azərbaycandakı avtomobilləri də - GERİ ÇAĞIRIR? – AÇIQLAMA
FED.az xəbər verir ki, buna səbəb nəqliyyat vasitələrinin yanacaq nasoslarında problem olmasıdır.
Söhbət əsasən 2013-cü ildən əvvəl istehsal olunmuş avtomobillərdən gedir.
Xatırladaq ki, “Toyota” yanvarda təkcə ABŞ-dan 696 minə yaxın avtomobili geri çağıracağını bildirsə də, hazırda bu ölkədən geri çağrılan avtomobillərin sayı 1,8 milyona çatıb.
Report