Toyota iyul ayı avtomobil satış məlumatlarını açıqlayıb.
“Toyota Motor” rekord sayda - AVTOMOBİL SATIB
FED.az xəbər verir ki, Toyota Motor-un qlobal avtomobil satışları iyul ayında keçən ilin eyni ayı ilə müqayisədə 7,8 faiz artaraq 859 min 506 ədədə çataraq rekord qırıb. Hino Motors və Daihatsu markalarını da daxil etdikdə Toyota-nın iyul ayında satışları 5,2 faiz artaraq 918 min 345-ə çatıb.
Toyota iyul ayında qlobal istehsalını yüksək səviyyədə saxlayıb və illik müqayisədə 14,6% artaraq 809 min 400 avtomobilə çatıb.
Toyota-nın yanvar-iyul dövründə qlobal satışları əvvəlki ilin eyni dövrü ilə müqayisədə 5,5% artaraq 5 milyon 797 min 140 ədəd təşkil edib.
Digər tərəfdən Toyota Motor istehsal sistemində yaranan nasazlıq səbəbindən dünən Yaponiyadakı bütün montaj zavodlarında fəaliyyətini müvəqqəti olaraq dayandırmalı olub. Bu gün istehsal yenidən bərpa olunub. Bu hadisənin avqust ayı istehsal rəqəminə təsir edəcəyi gözlənilir. (Marja)