«Toyota»nın ən uzunömürlü yolsuzluq avtomobillərindən olan «Toyota Land Cruiser Prado» ciddi şəkildə yenilənib.
Eləcə də bax: “Toyota”nın mənfəəti - 53 Dəfə Azalıb
FED.az xəbər verir ki, avtomobil daha yaxşı mühərriklə təmin edilib, multi mediya sistemi dəyişib, qaçırmağa qarşı müdafiə vasitələri artıb. Şirkət bu avtomobilin xarici görünüşünə də «əl gəzdirib».
Əsas dəyişikliklər avtomobilin orta və top komplektasiyada (yəni bahalı olan) olan versiyası alıb.
İlk növbədə «Toyota»nın mühəndislri maşının 2,8 litrlik dizel motorunu dəyişiblər. Müşahidələr göstərir ki, «Toyota Land Cruiser Prado»nun hər 3 alıcısından 2-si bu mühərrikli versiyanı seçir. İndi həmin mühərrikin gücü 177 at gücündən 200 at gücünə qaldırılıb.
Mühərrik böyük ölçülü turbo kompressorla təmin edilib, burada yanma kameralarının forması da dəyişib. Və «Toyota»da deyirlər ki, bunların nəticəsində maşında səs və vibrasiya azalıb, yanacaq sərfiyyatı aşağı düşüb.
Multimedia sisteminə gəlincə, indi «Land Cruiser Prado»da 9 düymlük monitor quraşdırılıb (əvvəl 8 düym idi). Bu monitorlar «Apple CarPlay» və «Android Auto» proqramlarını dəstəkləyir.
Qeyd edildiyi kimi, dəyişikliklər maşının komplektasiya səviyyəsindən asılı olaraq dəyişir. Məsələn «Eleqans» (4-cü səviyyə) səviyyəsindən başlayaraq avtomobillərin güzgü korpusları qara rəngli olacaq, arxa qapılarda qara rəngli dekorativ hissələr olacaq, şüşələr qara rənglə əhatələnəcək, radiavtor barmaqlığı da qara rəngli olacaq. Üstəlik, faraların kənarları da qara rəngli olacaq, arxa tərəfdə isə işıqların kənarları qara rəngə boyanacaq. Avitomobilin ən yüksək səviyyəli versiyası 5 - 7 yerlik olacaq, burada 3-cü oturacaq cərgəsində oturacaqlar elektriklə yığılıb açılacaq.
«Komfort» (3-cü səviyyə) ssəviyyəsindən başlayaraq «Prado» qaçırılmağa qarşı sistemlə qorunur. Buraya açarın yerdəyişməsinin datçiki aiddir. Bundan başqa, digər avtomobillərdən sonra «Prado» da qaçırılmaya qarşı «T-Mark» identifikatoru ilə təmin edilib. Bu - avtomobilin müxtəlif yerlərində gizlədilmiş unikal PİN-kodlu 10 min gizli nöqtələrdir. Bu kodlarda maşının əsl VIN-nömrəsi və komplektasiyası barədə məlumatlar var. «Toyota»da bildirilir ki, bu sistemin qurulması nəticəsində avtomobili satmaq üçün oğurmamağın mənası olmayacaq.