Yaponiyanın Toyota Motor avtomobil korporasiyası hidrogen enerjisi ilə işləyən enerji mənbəyinin prototipini hazırlayıb.
Eləcə də bax: "Toyota" 10 zavodda istehsalı qismən - DAYANDIRIB
FED.az xəbər verir ki, bu barədə avtomobil istehsalçısının cümə axşamı yaydığı press-relizdə deyilir.
Cihazın hazırlanması Woven Planet Holdings-in törəmə şirkəti ilə birgə həyata keçirilir. Bu, diametri təxminən 18 sm, uzunluğu 40 sm və kütləsi 5 kq olan silindrik bir patrondur (kartricdir). Enerji intensivliyi 3,3 kVt/saat qiymətləndirilir. Bu, mikrodalğanın 3-4 saat işləməsi üçün kifayətdir.
Nəhayət, Toyota Motor gündəlik həyatda hidrogenin istifadəsini genişləndirəcək ekoloji cəhətdən təmiz enerji mənbəyini bazara çıxarmağa ümid edir. Bu, öz növbəsində, istixana qazlarının emissiyalarının azaldılması istiqamətində qlobal tendensiyaya töhfə verməlidir.
Toyota Motor artıq hidrogen texnologiyası ilə təcrübəyə malikdir. 2014-cü ildə şirkət bu yanacaq növü ilə işləyən dünyada ilk avtomobil olan Mirai-ni təqdim edib. (Marja)