Yaponiynaın avtomobil nəhəngi “Toyota”, elektrikli avtomobillərin inkişafı səyləri çərçivəsində Çində yeni bir addım atdı.
FED.az xəbər verir ki, dünyanın ən böyük elektrikli avtomobil bazarı olan Çinin 5 fərqli şirkəti ilə tərəfdaşlıq edən Toyota yeni şirkətin yanacaq elementləri sashəsində işləyəcəyini açıqlayıb.
Mərkəzi Pekində olan yeni şirkətə Toyota, FAW, Dongfeng, Beijing Automotiv, GAC və Beijing SinoHytec şirkətləri aiddir. 46 milyon dollar investisiya ilə qurulan şirkətin 65%-i “Toyota”'nın nəzarəti altındadır.
“Toyota”nın atdığı addım göstərir ki, şirkət gələcək illərdə hibrid nəqliyyat vasitələri ilə yanaşı yüz faizlik elektrikli avtomobil istehsalına da diqqət yetirəcəkdir.
Dünyanın ən böyük avtomobil bazarına ev sahibliyi edən Çin eyni zamanda ən çox elektrikli nəqliyyat vasitələrinin satıldığı ölkədir. Çinin bazar ölçüsü ABŞ istehsalçısı “Tesla”nın da Çində ilk fabrikini öz ölkəsindən kənarda açmasına səbəb oldu.