Çinin avtomobil sənayesinin sürətli inkişafı, i ndiyədək dunyanın avtomobil nəhəngləri sayılan şirkətlərə ciddi satış problemləri yaratmağa başlayıb.
FED,az xəbər verir ki, iri şirkətlər Çin avtomobilləri ilə rəqabət aparmaq üçün bəzən inanılmaz dərəcəyə çatan qiymət endirimləri etməyə də razılaşırlar.
Dünyanın avtomobil nəhənglərindən olan Yaponiyanın «Toyota» şirkəti özünün flaqmen sedanının – «Camry»ni Çində olduqca ucuz qiymətə çatmağa başlayıb.
Yeni «Toyota Camry» Çin bazarında nə az, nə çox, düz 10 min dollar endirimlə satılır. Nəticədə modelin 2 litr benzin mühərrikli hibrid variantını cəmi 14,6 min dollara almaq olar. Maksimum komplektasiyada olan «Toyota Camry» variantın qiyməti isə cəmi 20,5 min dollardır.
«Toyota»nın Çindəki dilerləri yeni «Toyota Camry XV80» modeli üçün böyük endirimlər etməyə başlayıblar. Bu endirimlərin məbləği 74 min yuana. Yəni 10 minr dollardan da artıq məbləğə çatır.
Belə böyük endirim həm dilerin təklif etdiyi qiymət güzəşti, həm də avtomobil satışına görə dövdət subsidiyası hesabına əldə edilir.
Üstəlik bəzi salonlarda bildirirlər ki, «qiyməti yenə də müzakirə etmək olar», yəni maşını bu qiymətdən də aşağtı qiymətə almaq mümkündür.