Bir həftə ərzində Türkiyənin yerli və milli elektromobil brendi olan “Togg” üçün öncədən sifarişlərin sayı 100 mini ötüb.
Türkiyənin istehsal etdiyi avtomobilin - QİYMƏTİ AÇIQLANIB
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Avtomobil Təşəbbüs Qrupu məlumat yayıb.
Məlumatda deyilir ki, ilkin sifarişdə iştirak üçün son tarix martın 27-si olsa da, nəqliyyat vasitələrinin sahibləri martın 28-i tarixdə tirajla rəsmi olaraq müəyyən ediləcək.
Qeyd edək ki, elektromobilin ön sifarişləri 16-27 mart tarixlərində həyata keçirilir. Şirkət martın 16-da 4 saata 7 734, 24 saata 22 150 avtomobil sifarişi qəbul edib. Bu göstərici 3 günə 41 min olduğu halda 7 günün tamamında 100 minə çatıb.
Xatırladaq ki, 2022-ci ilin oktyabrın 29-da Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın test sürüşü edib. R.T.Ərdoağadan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. Ölkə başçısı 2 “Togg” avtomobili sifariş verib. (Report)