Türkiyənin yerli istehsalı olan "Togg" avtomobilinin "T10X" modelini sifariş edənlər açıqlanıb.
İlham Əliyev Türkiyə istehsalı “Togg” barədə: “Sifariş verdik, tezliklə alacağıq” – VİDEO
FED.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Türkiyə mətbuatının yaydığı məlumata görə, bu modeli əldə etmək üçün 20 min insan müraciət edib.
Bildirilib ki, "T10X" 2023-cü ildə yalnız 20 min insana çatdırılacaq.
Xatırladaq ki, Türkiyə Prezidenti R.T.Ərdoğandan sonra avtomobil üçün ön sifariş verən ilk şəxs Azərbaycan Prezidenti İlham Əliyevdir. İ. Əliyev 2 “Togg” avtomobili sifariş verib.