Son zamanlar yeni təkər bazarında canlanma müşahidə edilir. İstehsal edildiyi ölkə və keyfiyyətinə görə təkərlərin qiymətləri müxtəlifdir. Hər bir müştəri cibinə uyqun təzə təkəri rahatlıqla bazarda tapa bilir. Hazırda yeni təkər bazarında ən bahalı təkərlər Avropa brendləri sayılır. Ən ucuz təkərlər isə Çində istehsal ediləndir. Satıcıların sözlərinə görə, Avropa təkərləri ilə müqayisədə Çin istehsalı olan təkərlərin ömrü çox az olur və keyfiyyəti zəif olduğundan əlavə səslər gəlir, həmçinin idarəetmə qabiliyyəti azalır. Bütün bunlara rəğmən, qiymətinə görə Çin təkərlərinə maraq çoxdur.
Hazırda bazardakı ən ucuz 16-lıq təkərin qiyməti 65 manatdır. Ən bahalı təkərlər isə "ofroader" tipli avtomobillərdə istifadə ediləndir və 275 / 50/ 21 ölçülərində olan bu təkərin 1 ədədinin qiyməti 945 manatdır.
Satıcıların sözlərinə görə, hazırda yeni təkər bazarında ötən dövlərə nisbətən canlanma müşahidə edilir, əsas artımın isə yaz aylarında olacağı gözlənilir.
©Avtosfer.az