ABŞ-ın elektrikli avtomobil istehsalçısı, İlon Maskın «Tesla» şirkətinin səhmləri sürətlə bahalaşaraq bütün proqnozları üstələyib. Son bir ildə şirkətin səhmləri nə az. Nə çox, düz 8 dəfə yüksəlib.
Eləcə də bax: İlon Mask ilk dəfə olaraq dünyanın ən varlı insanlarının dördlüyünə - DAXİL OLUB
FED.az xəbər verir ki, şirkətin səhmləri bazar ertəsi rekord səviyyəyə - 1845 dollara yüksəlib. Hazırda qiymətlər 1835 dollar ətrafnnda sabitləşib. Bu ötən ilin avqustun 20-dəki qiymətdən (226 dollar) düz 8 dəfə artıqdır.
«Tesla»nın qazandığı uğurlar və İlon Maskın digər layihələrinin də uğurla reallaşması şirkətə inamın və səhminin qiymətinin də sürətli artımına şərait yaradıb.
Nəticədə ötən ildən indiyədək şirkətin səhmləri demək olar ki, durmadan bahalaşıb. Yalnız martda İlon Maskın ubursuz zarafatından sonra qiymətlər kəskin ucuzlaşsa da (həmni vaxt səhmin qiyməti fevralın 20-dəki 900 dolardan marntıq 18-də 361 dollara enmişdi) sonradan qiymət artımı dahı yüksək sürətlə bərpa olunub.
Təqribən 2 ay əvvəl - iyunun 18-də Teslanın səhmləri 1000 dollarlıq psixoloji həddi aşdı.
Avvqustun 11-dən isə səhm qiymətində ralli yaşandı. Nəticədə ötən 10 gün ərzində qiymətlər 33%-dən çox bahalaşaraq 1374 dollardan 1835 dollara yüksəlib.
Nəticədə şirkətin bazar kapitalizasiyası 342 milyard dollardır. «Tesla»nın səhmlərinin bahalaşması İlon Maskın sərvətini ildırım sürətilə artırıb – təkcə bazar ertəsi varidatını 7,8 milyard dollar artıran Mask dünyada milyardderlərin sırasında 4-cü pilləyə yüksəlib. O bu pillədə «Louis Vuitton Moët Hennessy» qrupunun sahibi Bernar Arnonu geridə qoyub. İndi Maskın sərvəti 3-cü pillədə olan Facebook rəhbəri Zukerberqdən cəmi 15 milyard dollar azdır.