13 yanvarda “Tesla”nın səhmləri 5% artıb və ilk dəfə olaraq 500 dollara çatıb.
FED.az xəbər verir ki, şirkətin səhmlərində artım onun Çin bazarına çıxması ilə əlaqəlidir. Tesla 2019-cu ilin sonunda Model 3 sedanını Çində nümayiş etdirib və yeni zavodunda həftədə 1 mindən çox avtomobil olmaqla istehsalı artırıb.
Eləcə də bax: Tesla Çində buraxılan «Model 3»ləri ucuzlaşdırdı - QİYMƏT
Tesla, iri çin banklarından 5 il müddətinə ödəmə şərtilə 1,4 mlrd. dollar həcmində kredit götürüb. Pullar amerikan şirkətinin Şanxaydakı zavodunun inkişafına xərclənəcək.
Bizplus