Bu ilin II rübündə ABŞ-ın elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti 1,14 milyard dollar xalis mənfəət əldə edib ki, bu da indiyə qədər qeydə alınmış rekord rüblük göstəricidir.
Eləcə də bax: “Tesla” elektrikli avtomobil sahiblərinə - 16 Min Dollar Ödəyəcək
FED.az xəbər verir ki, ötən ilin eyni dövrü ilə müqayisədə "Tesla"nın xalis mənfəəti 10 dəfə artıb.
Hesabat dövründə “Tesla” 11,3 milyard dollarlıq proqnoza (“Refinitiv”in məlumatına görə) qarşı 11,96 milyard dollar gəlir əldə edib. O cümlədən, elektromobillərin satışından gəlirlər 10,21 milyard dollar olub. Energetika biznesindən, o cümlədən ev və müəssisələr üçün günəş enerjisindən gəlirlər ötən rüblə müqayisədə 60 % artaraq 801 milyon dollar təşkil edib. (Report)