“Tesla”nın keçmiş əməkdaşı Martin Tripp kommersiya sirrini açdığı üçün şirkətə 400 min dollar ödəyəcək.
Eləcə də bax: “Tesla”, “Rivian” və “Nikola”da xarici mütəxəssislərin orta əməkhaqqı - Nə Qədərdir?
FED.az Banker.az-a istinadən xəbər verir ki, o, jurnalistlərə “Tesla”nın Nevada zavodundakı problemləri barədə danışıb.
Tripp kommersiya sirrini açdığını və bununla da qanunu pozduğunu etiraf edib. Onun jurnalistlərə göndərdiyi məktubda deyilib ki, şirkət İlon Maskın həftədə 5 min Model 3 avtomobili istehsal etmək hədəfinə çata bilməyəcək. Bundan əlavə, mühəndis elektrikli avtomobillərə qüsurlu akkumulyatorların quraşdırıldığını iddia edib. Bu açıqlamalardan sonra “Tesla”nın səhmləri kəskin ucuzlaşıb.
Məlumat sızıntısından xəbər tutan “Tesla” Martini vəzifəsindən azad edərək, məsələ ilə bağlı məhkəməyə müraciət göndərib.
“Tesla” özü Trippdən 167 milyon dollar təzminat tələb edib və bunu səhmlərin ucuzlaşması ilə əlaqələndirib.