Dünyanın ən böyük elektrik avtomobili istehsalçılarından olan «Tesla» şirkəti ABŞ-da yaxşı satılmayan «Model Y» yolsuzluq (SUV) avtomobillərinin qiymətlərini 7 min dollar endirib.
Elektromobil ilə planet ətrafında - FOTO
FED.az xəbər verir ki, şirkət birinci rübdə 433 371 avtomobil istehsal etsə də, satışa cəmi 386 810 avtomobil çıxarıb. Anbarda 40 mindən çox avtomobil qalıb, indi şirkət bu addımı ilə anbarlardakı avtomobilləri «əritmək» istəyir.
Yeri gəlmişkən yanvar ayında «Tesla» elan etmişdi ki, 2024-cü ildə avtomobillərin satışındakı artım sürəti əvvəlki illərlə müqayisədə xeyli az ola bilər.
Çin şirkəti uçan avtomobillər istehsal edəcək
«Tesla»nın CEO-su Elon Musk şirkətin qabaqcıl sürücü dəstək sisteminə malik avtomobillər üçün proqram paketinin istifadəsini alıcılar üçün məcburi edib. Bu proqram paketinin qiyməti 12 000 dollardır ki, bu da Tesla-nın avtomobildən qazancını əhəmiyyətli dərəcədə artıra bilər.