ABŞ-ın elektromobil istehsalçısı, məşhur «Tesla» şirkəti 2022-ci ilin 4-cü rübündə rekord mənfəət gəlir əldə edib.
"Toyota" 2023-də 10,6 milyon avtomobil - İstehsal Etməyi Planlaşdırır
FED.az xəbər verir ki, son 3 ayda şirkətin satışdan gəlirləri 375 artaraq 24,3 milyard dollara yüksəlib ki, bu da şirkətin tarixində ən yüksək rüblük satış deməkdir. Bu dövrdə şirkətin xalis mənfəəti isə 59% artıb və 3,7 milyard dollar olub.
Üsumilikdə 2022-ci ildə müəssisənin satışları 51% artıb və 81,5 milyard dollara çatıb. «Tesla»nın xalis mənfəəti isə bu dövrdə 128%, yəni 1,3 dəfə artaraq 12,6 milyard dollara yüksəlib.
Yeri gəlmişkən, elektromobil bazarında yüksək rəqabət başlayıb və bazarda rəqabətə davam gətirmək üçün ötən həftə «Tesla»nın rəhbəri İlon Mask avtomobillərin qiymətini endirəcəyini və ilk müştərilərə 20% endirim edəcəyini bildirib.