Bu gün istehlak elektrinikası sərgisinin (CES2019) ilk günündə avtomobil startapı sayılan BYTON şirkəti özünün seriya elektrik avtomobili olan M-Byte-nin təqdim etdi. FED.az smartmen.az-a istinadən xəbər verir ki, ötən ilin CES2018 sərgisində bu avtomobil konspet olaraq təqdim edilmişdi. Amma artıq M-Byte -nin seriya istehsalına başlanılır.
Çoxları bu avtomobilə təkər üstündə ağıllı cihaz deyirdilər. Avtomobil həm sürücü tərəfindən idarə edilir, həm də lazım gəldikdə avtonom idarə etməyə keçmək olar. Byton tərəfindən hazılanmış əməliyyat sistemi süni intellektlə çalışır.
Avtomobilin əsas mərkəzi 48 düymluq Shared Experience Display adlanan alətlər panelidir. Halhazırda bazarda ən iri alətlər paneli M-Byte-ə məxsusdur. Burada naviqasiya məlumatları, sürücü informasiyası, video zəng, internetə çıxış, musiqi izləmək və oyun oynamaq mümkündür.
Sistemi sükan üzərində yerləşdirilmiş ekrandan idarə etmək mümkündür. Sükanı çevirsəniz belə, ekranın vəziyyəti dəyişməyəcək və sürücü üçün rahat çalışmaq imkanı verəcək. Sükan ekranının kənarındakı düymələrlə avtomobilin əsas funksiyalarını işə salmaq mümkündür (işıqlar, qızdırıcılar, soyutma və s.)
Avtomobilin sərnişinləri də sensor ekrandan istifadə edə bilərlər. Bunun üçün mərkəzdəki displey işlərinə yarayacaq. Mərkəzi alətlər paneli üz, səs, əl jestlərini tanıyır. Və hətta ekrana toxunmadan belə, avtomobili idarə etmək mümkündür. M-Byte Alexa Amazon-la tam inteqrə edilib. Bundan başqa, avtomobil sahibi bu avtomobili dostları ilə bölüşə bilər. Avtomobilə daxil olmaq üçün onlara icazə verdikdən sonra , avtomobil avtonom olaraq bölüşdüyünüz insanın yanına gedə bilər.
Elektrik avtomobilləri üçün ən böyük problem onların elektriklə yüklənməsi idi. Tesla bu məsələdə çox böyük irəlləyiş edib. Amma M-Byte ilə Byton şirkəti daha da irəli gedib. Akkumlyator 80% enerjini 30 dəqiqəyə yığa bilir. Avtomobil iki batareya komplektasiyasında təklif ediləcək. 71 kvs -ıq batareya ilə 402 km məsafə, 95 kvs-ıq baterya ilə isə 525 km məsafə qət edən versiyanın artıq satışı başlayır. Yaxın gələcəkdə 800 km məsafə qət edə biləcək M-Byte də təqdim ediləcək. Byton şirkəti SED alətlər panelini açıq proqram təminatı ilə tıchiz ediblər ki, gələcəkdə proqramçılar tərəfindən avtomobillə inteqrsiya edilə bilən proqramlar hazırlana bilsin.
M-Byte Tesladan daha aqressiv istehsal qrafiki ilə istehsal olunacaq. İstehsalçıların dediyinə görə, ümumilikdə ortalama istehsal müdəti 34 aydırsa, onlar 24 ay içərəsində avtomobil istehsal edə biləcəklər. M-Byte 45 000 dollardan başlayan qiymətə təqdim ediləcək. Qiymət isə bu avtomobildə yeganə standart deyə biləcəyimiz elementdir.