ABŞ-ın ikinci ən böyük avtomobil istehsalçısı olan Ford Motor, rəqibi Tesla-nın etdiyi qiymət endirimləri ilə rəqabət aparmaq üçün Mustang Mach-E elektrikli avtomobilinin qiymətini 8100 dollar azaldıb.
“Tesla” ilin əvvəlindən bəri bazar dəyərini 94 milyard dollar itirib
FED.az xəbər verir k, Ford, premium elektrik avtomobillərinə tələbin azalması səbəbindən elektrik Mustang-ın qiymətlini endirib.
Qiymətlərin azaldılması Ford-un tam elektrik SUV-nin satışlarının yanvar ayında 2023-cü ilin eyni ayı ilə müqayisədə 51 faiz azaldıqdan sonra baş verib. Ümumilikdə, şirkətin elektrikli avtomobil satışları ötən ilin yanvar ayı ilə müqayisədə 11 faiz azalıb.
"Mustang Mach-E 2023-cü ildə Amerikanın 2 nömrəli elektrikli yolsuzluq avtomobili olub. Satışı və müştəri məmnuniyyətini artırmaq üçün modellərimizin qiymətlərini yenidən tənzimləyirik", - Ford Motor şirkətinin sözçüsü Marty Günsberg bildirib. (Marja)