ABŞ elektrikli avtomobil istehsalçısı “Tesla” şirkəti tezliklə Rusiya da daxil olmaqla MDB ölkələrinin bazarlarına çıxacaq.
Eləcə də bax: "Tesla" avtomobillərinin satışında - Növbəti Rekord
FED.az xəbər verir ki, bunu şirkətin baş meneceri (CEO) Elon Musk Moskvada videokonfrans formatında təşkil edilmiş forumda bildirib.
Çindəki zavodlarının artıq fəaliyyətə başladığını, ABŞ və Almaniyada isə zavodlar inşa etdiklərini qeyd edən E.Musk deyib ki, başqa ölkələrdəki, o cümlədən Rusiyadakı potensial nəzərdən keçirilir.
“Tesla" avtomobillərinin satışı üçün Rusiya və ətraf bölgələri də araşdırırıq. Qısa müddətdə Rusiya da daxil olmaqla MDB ölkələrinin bazarına girəcəyik", - deyə o, qeyd edib. (Report)